Azərbaycan yığmasının Avropa Super finalındakı rəqibləri müəyyənləşib

 13:19 26.08.2019     351

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Super finalındakı rəqibləri və oyunlarının təqvimi bəlli olub.

Redaktor.az-ın məlumatına görə, yığma Bolqarıstan, Rumıniya və Çexiya komandaları ilə birgə eyni qrupda mübarizə aparacaq. 

Bu mərhələnin oyunları sentyabrın 5-dən 8-dək Portuqaliyanın Fiqueyra şəhərində keçiriləcək. Milli sentyabrın 5-dəki ilk qarşılaşmada Bolqarıstanla üz-üzə gələcək. Ertəsi gün Rumıniya ilə qarşılaşacaq komanda ayın 7-də Çexiyanı sınağa çəkəcək. Hər üç görüş Bakı vaxtı ilə saat 15:45-də başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən