Azərbaycan yığmasının qapısından 6 cavabsız qol keçirdilər

 23:19 26.08.2019     364

Ukraynada təşkil olunmuş Viktor Bannikovun xatirəsinə həsr olunan beynəlxalq turnirə start verilib.

Redaktor.az-ın məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.

Komandamız qrup mərhələsinə İsraillə qarşılaşma ilə başlayıb. Görüş millimiz üçün acınacaqlı nəticə ilə başa çatıb.

İsrail millisi 6 cavabsız qolla qələbə qazanıb. İlk görüşündə 0:6 hesabı ilə uduzan komandamız II turda Ukrayna ilə qarşılaşacaq. /apa/

Vumart və Güvən reklamı Vumart Güvən