"Poqba, rədd ol" - Dünya çempionu təzyiqlə üzləşdi

 20:36 28.08.2019     478

İngiltərənin "Mançester Yunayted" klubunun fransalı üzvü Pol Poqba çətin günlər yaşayır.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, klubun fanatlarının Poqbaya qarşı təzyiqləri davam edir.

Bu dəfə bir qrup tərəfdar klubun məşq bazasının divarlarına "Poqba, rədd ol" şüarı yazıb.

İnsidentlə bağlı klubdan heç bir açıqlama verilməyib.

Rüfət Xəlil/ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən