Avropa Liqası: "Qarabağ" "Linfild"lə oyunda hesabı açıb - YENİLƏNİB

 21:58 29.08.2019     1442

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Redaktor.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrupa vəsiqəni pley-off mərhələsinin “Linfild”lə duelində qazanıblar.

Ötən həftə səfərdə 2:3 hesabı ilə uduzan Ağdam təmsilçisi bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada məğlubiyyətin əvəzini çıxa bilib.

Xayme Romeronun erkən qolu “Qarabağ”ı önə çıxarıb. Abdullah Zubir isə görüşün sonlarında ikinci qolu vurub. Bu iki qol Azərbaycan çempionuna qələbə qazandırıb. Artırılma dəqiqələrdə Şeyn Leyverinin dəqiq zərbəsi isə təsəllidən başqa bir şey olmayıb.

“Linfild” üzərində 2:1 hesabı ilə qələbə “Qarabağ”a ardıcıl 6-cı dəfə avrokubokların qrupunda oynamaq imkanı verib. 2014/15, 2015/16, 2016/17 və 2018/19 mövsümlərində olduğu kimi yenə Avropa Liqasının qrupunda oynayacaq ağdamlılar 2017/18 mövsümündə Çempionlar Liqasının ən güclüləri sırasında mübarizə aparıb.

"""

Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” (Azərbaycan) - "Linfild" (Şimali İrlandiya) oyununda hesab açılıb.
Redaktor.az-ın məlumatına görə, Bakıda keçirilən matçın 6-cı dəqiqəsində Azərbaycan çempionu fərqlənib. Xayme Romero dəqiq zərbəsi komandamızı hesabda irəli çıxarıb - 1:0. 

***

Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
29 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya)
Baş hakim: 
Sergey İvanov (Rusiya)
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Queye Maqaye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaçer, 8. Bastiyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Kris Kasement, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris Keysment. 
Ehtiyat oyunçular: 40. Aleks Mur, 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 12. Kerk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçel
Baş məşqçi: David Hili
Bakı. T.Bəhramov adına Respublıika stadionu
İlk oyun – 2:3

Vumart və Güvən reklamı Vumart Güvən