"Liverpul"un müdafiəçisi ilin futbolçusu seçilib

 22:37 29.08.2019     587

Avropanın ilin ən yaxşı futbolçusunun adı açıqlanıb

Redaktor.az-ın məlumatına görə, bu ada “Liverpul”un hollandiyalı müdafiəçisi Vircil van Diyk yiyələnib.

O, “Barselona”nın argentinalı futbolçusu Lionel Messi və “Yuventus”un hücumçusu Kriştianu Ronaldodan üstün olub. 

Qeyd edək ki, Alisson Bekker qapıçı, Vircil van Diyk müdafiəçi, Frenki de Yonq yarımmüdafiəçi, Lionel Messi hücumçu kimi 2018/19 mövsümünün ən yaxşısı adına layıq görülüblər.

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən