“Qarabağ”ın rəqibləri bu gün BƏLLİ OLACAQ

 10:07 30.08.2019     649

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 2019-2020-ci il mövsümü üzrə püşkatma mərasimi keçiriləcək.

Redaktor.az xəbər verir ki, əsas raundda iştirak edəcək 48 komanda 12 qrupa bölünəcək. Püşatma mərasimi Monakoda təşkil olunacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. 

Qrup mərhələsini qalib kimi başa vuran 12 komanda qrup ikinciləri ilə qarşılaşdırılacaq. Onaltıdabir final mərhələsində eyni ölkəni təmsil edən komandaların görüşü UEFA-nın reqlamentinə əsasən mümkün deyil. Qaydalara görə, komandaların adları dörd səbətə yerləşdirilib. 

Qeyd edək ki, püşatma nəticəsində "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqibləri məlum olacaq. 

Vumart və Güvən reklamı Vumart Güvən