Azərbaycan – Xorvatiya matçının biletləri SATIŞDA

 11:44 30.08.2019     925

Azərbaycan milli komandasının AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya yığmasına qarşı keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.

Redaktor.az-ın məlumatına görə, sentyabrın 9-da “Bakcell Arena”da baş tutacaq görüşü canlı izləmək istəyənlər üçün ən ucuz bilet 2 manat olacaq. 

Bu, dördüncü kateqoriyaya aiddir. Üçüncü kateqoriya aid biletlərin qiyməti 3, ikincinin 4, birincinin 5 manatdır. VİP-dən matça baxmaq istəyənlər isə 20 manat ödəməli olacaqlar. 

Vumart və Güvən reklamı Vumart Güvən