Avropa Liqasının ən yaxşı futbolçusu MÜƏYYƏNLƏŞDİ
Avropa Liqasında 2018/19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Redaktor.az-ın məlumatına görə, bu mükafatın sahibinin qrup mərhələsinin Monakoda keçirilən püşkatmasında açıqlanıb.
Bu ada Bakı Olimpiya Stadionunda keçirilən Avropa Liqasının finalında qələbə sevinci yaşayan “Çelsi”nin futbolçusu Eden Azar yiyələnib. Hazırda “Real”da çıxış edən hücumçusu UEFA-nın sorğusunda Luka Yoviç və Olivye Jirunu qabaqlayıb.












