“Qarabağ”ın kapitanı Avropa Liqasının püşkünü dəyərləndirib

 16:23 30.08.2019     427

"Ümumi götürsək, maraqlı qrupa düşdük”. 

Redaktor.az-ın məlumatına görə, bunu “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib. 

37 yaşlı müdafiəçi Avropa Liqasının püşkünü dəyərləndirib. O bildirib ki, A qrupunda “Sevilya”, APOEL və “Düdelanj” klubları ilə görüşdə maksimum nəticə göstərməyə çalışacaqlar:

“Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi. Onlar növbəti mərhələyə yüksəldilər. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq. Lakin yekunda bərabərlik qolunu vurduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun".//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən