Sərbəst güləşçilərimiz Rusiyada beynəlxalq turnirə qatılacaq
Oktyabrın 19-20-də Rusiyanın Kemerovo vilayətində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Redaktor.az-a verilən məlumata görə, turnirə Azərbaycan güləşçiləri ilə yanaşı, Belarus, Bolqarıstan, Macarıstan, Özbəkistan, ABŞ, Yaponiya və digər ölkələrdən idmançılar da qatılacaqlar.
Yarışda 26 ölkədən 200-dən artıq güləşçi birincilik uğrunda mübarizə aparacaq.












