Cüdo üzrə Azərbaycan yığması Rusiyaya məğlub oldu

 17:51 01.09.2019     3553

Cüdo üzrə Yaponiyada keçirilən dünya çempionatında Azərbaycan yığması mundialı medalsız başa vurub.

Dünya çempionatının son günündə Azərbaycan komandası səkkizdəbir finalda Braziliya yığması ilə mübarizə aparıb. Görüş 4:1 hesabı ilə braziliyalıların xeyrinə başa çatıb.

Təsəlliverici görüşdə Koreya Respublikasının komandası ilə qarşılaşan yığmamız inamlı qələbə qazanıb - 4:2. Bu qələbədən sonra Azərbaycan komandası çempionatın bürünc mükafatı uğrunda mübarizə üçün Rusiya yığması ilə qarşılaşıb.

Rusiyaya 1:4 hesabı ilə məğlub olan cüdoçularımız mundialı medalsız başa vurub.

Vumart və Güvən reklamı Vumart Güvən