Azərbaycan yığmasının Super final üçün heyəti açıqlanıb

 11:05 02.09.2019     335

Azərbaycan milli komandası çimərlik futbolu üzrə Avropa Çimərlik Futbolu Liqasının Super finalında iştirak edəcək.

Redaktor.az-ın məlumatına görə, sentyabrın 3-dən 9-dək baş tutacaq yarış üçün millinin heyəti açıqlanıb.

Portuqaliyanın Figueira şəhərindəki turnirə Azərbaycanın 12 futbolçusu yollanacaq. Bunlar Vaqif Şirinbəyov, Elçin  Qasımov, Comərd Baxşəliyev, Kamil Hüseynov, Amid Nəzərov, Orxan Məmmədov, Elgiz Kərəmli, Ramil Əliyev, Elşad Manafov, Renat Sultanov, Sabir Allahquliyev və Əbdül Əliyevdir.

Bolqarıstan milli komandasının iştirakdan imtina etməsi səbəbindən final mərhələsində Estoniya yığması mübarizə aparacaq. Milli sentyabrın 5-də Estoniya, ertəsi gün Rumıniya, 7-də Çexiya ilə qarşılaşacaq.

Vumart və Güvən reklamı Vumart Güvən