Arda Turanın “Başakşəhər”dəki maaşı ikiqat azaldılıb

 12:15 02.09.2019     455

Türkiyə millisinin futbolçusu Arda Turanın “Başakşəhər” klubu ilə müqaviləsində dəyişiklik edilib.

Redaktor.az-ın məlumatına görə, 32 yaşlı hücumameylli yarımmüdafiəçinin maaşı ikiqat aşağı endirilib.

İstanbul təmsilçisinin rəsmi saytı vasitəsilə yaydığı açıqlamaya əsasən futbolçu öz istəyi ilə illik qazancının 50 faiz endirilməsini istəyib. A.Turanın bu addımını böyük fədakarlıq hesab edən klub rəhbərliyi bu addıma görə ona təşəkkür edib.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən