“Napoli” ispaniyalı hücumçu ilə müqavilə bağlayıb

 12:53 02.09.2019     423

İspaniya milli komandasının sabiq futbolçusu Fernando Lorente karyerasını İtaliyada davam etdirəcək.

Redaktor.az-ın məlumatına görə, 34 yaşlı hücumçu “Napoli” ilə müqavilə imzalayıb.

İngiltərənin “Tottenhem” klubu ilə anlaşması başa çatan ispaniyalı yeni komandasına azad agent kimi keçib. Bu, F.Lorentenin İtaliyaya ikinci keçididir. O, 2013-15-ci illərdə “Yuventus”un şərəfini qoruyub.

Qeyd edək ki, hücumçu “Atletik”, “Sevilya” və “Suonsi”də də çıxış edib.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən