“Qalatasaray” Qabon millisinin futbolçusunu icarəyə götürüb
Türkiyənin “Qalatasaray” klubu heyətinə daha bir futbolçu qatıb.
Redaktor.az-ın məlumatına görə, İstanbul təmsilçisi Qabon milli komandasının yarımmüdafiəçisi Mario Lemina ilə güclənib.
İngiltərənin “Sauthempton” klubunun futbolçusu 1 illik icarəyə götürülüb.
Qeyd edək ki, M.Lemina İngiltərə klubuna qədər Fransada “Loryan” və “Marsel”, İtaliyada “Yuventus”un formasını geyinib.//Apa.az












