“Sabah”ın futbolçusu yığmanın heyətindən kənarlaşdırılıb

 18:00 02.09.2019     524

Azərbaycan milli komandasının (U-19) heyətində dəyişiklik edilib.

Redaktor.az-ın məlumatına görə, “Sabah” klubunun futbolçusu Murad Bağırov heyətdən kənarlaşdırılıb.

Buna səbəb onun zədəli olmasıdır. Futbolçu sentyabrın 4-dən 8-dək Maltanın paytaxtı Vallettada baş tutacaq təlim-məşq toplanışında iştirak etməyəcək.

Onun əvəzinə 19 yaşadək futbolçulardan ibarət millinin toplanışına “Qəbələ”nin üzvü Təbriz İsazadə dəvət olunub.

Qeyd edək ki, yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə 20:00 başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən