Kristiano Ronaldonun varisi açıqlandı - 300 milyon dollar...

 23:21 02.09.2019     402

Tanınmış portuqaliyalı futbolçu Kristiano Ronaldo vəsiyyətnaməsini tərtib edib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, ulduz futbolçu Lissabonda öz vəkilləri ilə görüşüb və vəsiyyətnamənin detallarını müzakirə edib.

Bildirilir ki, Ronaldonun əsas varisi sevgilisi Corcina Rodriqezdi. 34 yaşlı Kristianonun ölümündən sonra 300 milyon dollarlıq varidat məhz Corcinanın ixtiyarına keçəcək.

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən