Klub prezidentinin gəmisi OĞURLANDI

 15:09 03.09.2019     427

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Ormanın gəmisi oğurlanıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə informasiyanın “Sabah” qəzetinin əməkdaşı Bülent Cankurt öz köşə yazısında bildirib.

Həmkarımızın sözlərinə görə, hadisə 10 gün əvvəl baş verib. Bodrum sahillərindən oğurlanan “La Paradiso” adlı gəmi polislər tərəfindən Yunanıstanda tapılıb.

Qeyd edək ki, Fikrət Ormana məxsus olan gəminin insan alverçiləri tərəfindən oğurlandığı bildirilir.

İlkin Sultanlı / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən