“Qəbələ”nin UEFA Gənclər Liqasındakı rəqibi BƏLLİ OLDU
Futbol üzrə UEFA Gənclər Liqasının Çempionlar yolunun ilk iki mərhələsinin püşkatma mərasimi keçirilib.
Redaktor.az-ın məlumatına görə, “Qəbələ”nin yarışdakı rəqibləri bəlli olub.
“Qəbələ” Çempionlar yolunun I mərhələsində Kiprin APOEL klubu ilə görüşəcək. İlk oyun oktyabrın 2-də, cavab matçı 23-də keçiriləcək. “Qırmızı-qaralar” ilk matçın ev sahibi olacaq.
Bu cütün qalibi II mərhələdə “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) qarşılaşmasının güclüsü ilə qarşılaşacaq. Bu raundun görüşləri noyabrın 6-da və 27-də baş tutacaq. “Qırmızı-qaralar” ilk turu keçsə, ikinci raunda səfərdə başlayacaq.
Qeyd edək ki, Gənclər Liqasında Azərbaycan çempionu olan “qırmızı-qaralar” qitə miqyaslı klub turnirində 3-cü dəfə mübarizə aparacaq.
İlkin / Redaktor.az












