“Qarabağ”ın futbolçusu zədə səbəbindən Azərbaycan millisindən ayrılıb

 15:07 04.09.2019     670

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Redaktor.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Rahil Məmmədov AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Uels yığması ilə keçirəcəyi oyuna yollanan heyətdən çıxarılıb.

Buna səbəb R.Məmmədovun bu gün səhər məşqində zədəsini yeniləməsi olub. Komandanın həkiminin rəyinə və baş məşqçinin qərarına əsasən millidən ayrılıb.

Vumart və Güvən reklamı Vumart Güvən