UEFA AVRO-2020-nin səfirləri siyahısına daha 14 nəfər əlavə edib

 16:36 05.09.2019     440

AVRO-2020-nin final mərhələsinin səfirlərinin siyahısında dəyişiklik olub.

Redaktor.az-ın məlumatına görə, UEFA daha 14 məşhuru səfirlər sırasına daxil edib.

Onlar öncədən elan olunan 34 ulduza qoşulublar. Yeni səfirlər Miroslav Kloze, Ştefan Froynd, Kristian Siqe, Tomas Helmer (hamısı Almaniya), Markos Senna (İspaniya), Yorqos Karaqunis, Teodoros Zaqorakis (hər ikisi Yunanıstan), Patrik Berqer (Çexiya), David Simen, Pol Qaskoyn (hər ikisi İngiltərə), Jan-Fransua Domerq, Alen Jiress, Jan Tiqana, Luis Fernandesdir (hamısı Fransa).

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin 4 oyunu Bakıda keçiriləcək.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən