Vilde Donald Gerye rəsmən "Neftçi"də

 22:53 05.09.2019     421

Vilde Donald Geryenin “Neftçi”yə keçidi rəsmiləşib.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, haitili yarımmüdafiəçi  ilə 1+1 il müddətinə müqavilə bağlanılıb.  30 yaşlı futbolçu “Neftçi”də 77 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Qarabağ” (2017-2019) olan Gerye Haitinin "Violett” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış edib. 

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən