Azərbaycan millisi Estoniyaya uduzub

 23:49 05.09.2019     402

Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Çimərlik Futbolu Liqasının Super final mərhələsinə start verilib.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan yığması həlledici mərhələyə uğursuz başlayıb.

Komanda ilk turda Estoniya yığması ilə qarşılaşıb. Milli əlavə vaxtda məğlub olub - 3:4.

Azərbaycan komandasında Vaqif Şirinbəyov, Elçin Qasımov və Renat Sultanov fərqlənib.

Qeyd edək ki, milli sabah Rumıniya yığması ilə qarşılaşacaq.

Vumart və Güvən reklamı Vumart Güvən