Azərbaycan millisi Maltaya qalib gələ bilməyib

 01:34 06.09.2019     338

Maltanın paytaxtı Vallettada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Redaktor.az bildirir ki, millimiz Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş 2:2 hesabı ilə başa çatıb. Yığmamızın qollarını Rüfət Abdullazadə və Turan Vəlizadə vurub.

Qeyd edək ki, komandalar arasında növbəti oyun sentyabrın 7-də keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən