Rafael Ağayev Premyer Liqada finala yüksəlib

 15:23 06.09.2019     439

Azərbaycan idmançısı Rafael Ağayev Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirnin finalına yüksəlib.

Redaktor.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən beşqat dünya çempionu həlledici görüşdə Ken Nişimura (Yaponiya) ilə üz-üzə gələcək. 

Bu qarşılaşma sentyabrın 8-də olacaq. R. Ağayev finaladək Fransa, Özbəkistan, Mərakeş və Ukrayna karateçilərinə qalib gəlib. 
  
Yarışın ilk günü daha 3 idmançımız mübarizəyə qoşulub. Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (hər ikisi 67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurublar.

Vumart və Güvən reklamı Vumart Güvən