Azərbaycan yığması Rumıniyaya qalib gəlib

 17:30 06.09.2019     504

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super finalında (European Beach Soccer League) növbəti oyununu keçirib. 

Redaktor.az-ın məlumatına görə, Rumıniya yığması ilə qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb. 

Millimizin qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurublar.

Qeyd edək ki, yığma sabah Çexiya ilə qarşılaşacaq. 

Vumart və Güvən reklamı Vumart Güvən