Finlandiya futbolunda tarixi qərar - Qadınlar və kişilər...

 21:22 06.09.2019     499

Finlandiya futbolu tarixi qərar hazırlaşır.

Redaktor.az-ın məlumatına görə, ölkənin kişi və qadın futbol millilərinin üzvləri qələbə və heç-heçələrə görə eyni mükafatı alacaq. Federasiyanın bununla bağlı qərarı yaxın gələcəkdə təsdiqləyəcəyi gözlənilir.

Məsələ ilə bağlı Finlandiya Federasiyasının prezindeti Ari Lahti deyib: "Bərabər dünya yaratmaq istəyirik. Ümid edirəm ki, bu anlaşmamız medianın, azarkeşlərin və futbol ictimaiyyətinin diqqətini çəkəcək. Daha çox insanın qadın futbolunu tanımasını istəyirik". /trend/