Azərbaycan yığması dördüncü oyununda da xal qazana bilməyib - AVRO-2020

 00:25 07.09.2019     651

Azərbaycan millisi növbəti oyununu keçirib.

 Redaktor.az-ın məlumatına görə, yığma AVRO-2020-nin seçmə mərhələsində 4-cü oyununa çıxıb.

Xorvatiyalı Nikola Yurçeviçin baş məşqçisi olduğu komanda səfərdə Uelslə görüşüb. Bunadək keçirdiyi bütün qarşılaşmalarda uduzan yığma Kardiff şəhər stadionunda ilk xal üçün mübarizə aparıb.

Görüş futbolçularımız üçün uğursuz başlayıb. Pavel Paşayevin avtoqolu sayəsində Uels hesabı açıb.

Buraxılan qoldan sonra ruhdan düşməyən Azərbaycan yığması rəqibdən çəkinməyərək sonadək mübarizə aparıb. Nəticədə Mahir Emreli bərabərlik qolunu vurub.

Bununla da milli Xorvatiya (1:2), Macarıstan (1:3) və Slovakiya (1:5) ilə görüşlərdə olduğu kimi yenə qol sevinci yaşayıb. Bu uğurlu seriyanın davam etməsi ilk xalın qazanılması üçün yetərli olmayıb. Uels millisinin ulduzu Qaret Beyl komandasını xal itkisindən xilas edib. Onun final fitinə 6 dəqiqə qalmış vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb.

Qeyd edək ki, qrupun digər matçında Xorvatiya Slovakiyanı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, V tur
6 sentyabr

22:45. Uels - Azərbaycan - 2:1
Qollar: Paşayev, 26 (ö.q.), Beyl, 84 - Emreli, 59
Baş hakim: Farrucia Kann Trustin (Malta)
Uels: 1. Ueyn Hennesi, 3. Neyl Teylor, 5. Kris Mefan, 6. Co Rodon, 7. Co Allen, 10. Harri Uilson, 11. Qaret Beyl (k), 14. Konnor Roberts, 18. Etan Ampadu, 19. Tom Lourens, 20. Daniel Ceyms
Ehtiyat oyunçular: 12. Denni Uord, 21. Adam Devis, 2. Kris Qanter, 4. Ben Devis, 8. Metyu Smit, 9. Sem Vokes, 13. Kiffer Mur, 15. Ceyms Lourens, 16. Tom Lokyer, 17. Conni Uilyams, 22. Co Morriel, 23. Uil Vaulks
Baş məşqçi: Rayan Giqqz
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid Hüseynov
Baş məşqçi: Nikola Yurçeviç
Kardiff. Şəhər stadionu

1

Macarıstan

4

3

0

1

6-4

9

2

Xorvatiya

4

3

0

1

9-4

9

3

Uels

4

2

0

2

4-4

6

4

Slovakiya

4

2

0

2

7-6

6

5

Azərbaycan

4

0

0

4

4-12

0