Riçard Almeyda Azərbaycan yığmasında ən yaxşı olub

 12:03 07.09.2019     1276

UEFA milli komandaların qitə miqyaslı yarışları üçün futbolçuların reytinqini açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsinin V turunun ikinci günündən sonra siyahıya Frenki de Yonq başçılıq edir.

Hollandiya yığmasının futbolçusunun hesabında 2200 xal var. O, komanda yoldaşı Memfis Depayı 8 xal qabaqlayır. 3-cü pillədə İngiltərə millisinin qapıçısı Cordan Pikford qərarlaşıb. Onun hesabında 2010 xal var.

Azərbaycan yığmasının futbolçuları arasında ən yaxşı nəticə Riçard Almeydaya məxsusdur. Milliləşən braziliyalı 466 xalla Avropada 179-cudur. Yarımmüdafiəçi 20 pillə irəliləyişə nail olub. Ondan 30 xal geridə olan Ramil Şeydayev 203-cü sırada yer alıb. Bədavi Hüseynov millinin üçüncüsüdür. Reytinqdə 305-ci olan müdafiəçinin 305 xalı var.