Həbib - Porye döyüşü saat neçədə başlayır və hansı telekanalda yayımlanacaq?

 14:53 07.09.2019     1606

Mütləq döyüş çempionatının (UFC) çempionu, rusiyalı Həbib Nurməhəmmədov ilə Poryenin döyüşünə maraq böyükdür. 

Redaktor.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Əbu-Dabidə baş tutacaq döyüş ərəfəsində Həbib çəkisini zəruri həddə çatdırıb. 

Həbib ilə Poryenin döyüşü bu gün saat 22:00-da başlayacaq. Döyüşü Rusiyanın Boeç Tv və Türkiyənin S Sport kanallarında canlı yayımlanacaq. 

Hələ ki, heç bir Azərbaycan TV-si döyüşü canlı yayımlayacağını açıqlamayıb.

 Oyunun CBC Sport telekanalında yayımlanacağı iddia edilir. Ancaq telekanal bununla bağlı rəsmi səhifələrində açıqlama verməyib.