Azərbaycan güləşçisi Zaqrebdə çempion olub

 20:24 08.09.2019     381

Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.

Redaktor.az-ın məlumatına görə, ilk yarış günündə qrup mərhələsinin görüşləri baş tutub. 

Azərbaycan təmsilçisi Oyan Nəzəriani (+90 kq) Serbiya güləşçiləri - Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. 

İkinci yarış günündə həlledici qarşılaşmalar olub. O. Nəzəriani yarımfinalda gürcü Mamuka Kordzaya (1:0), finalda isə yunan Yannis Karqiotakis (3:0) üzərində qələbə qazanaraq çempion olub. (apa)