Boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

 10:30 09.09.2019     466

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilib. 

Redaktor.az-ın məlumatına görə, Azərbaycan millisinin idmançısı Murad Allahverdiyev yarışın yarımfinalına vəsiqə əldə edib.

81 kq çəkidə mübarizə aparan boksçumuz 1/2 finala gedən yolda belaruslu Raman Kazyankovla üz-üzə gəlib. Görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. M. Allahverdiyev rəqibinə 4:0 (30:26, 30:26, 30:26, 30:26, 28:28) hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz finala vəsiqə üçün rusiyalı İlya Boqatıryovla döyüşəcək.