Beyldən Azərbaycan millisinin üzvünə GÖZLƏNİLMƏZ TƏKLİF

 12:43 09.09.2019     445

Azərbaycan millisinin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlama verib.

Redaktor.az-ın məlumatına görə, "Aue"nin yarımmüdafiəçisi yığmanın AVRO-2020-nin seçmə mərhələsində Uelsə 1:2 hesabı ilə uduzduğu oyunu şərh edib:

"Uelsdə son dərəcə acı verən qollar buraxdıq. İki qəribə qolla uduzduq. Bu, qəribə idi".

Nazarov Uels yığmasının kapitanı Qaret Beyllə formasını dəyişdirdiyini deyib. 29 yaşlı futbolçu ilk təklifin "Real"ın ulduzundan gəldiyini deyib:

"Beyl mənə yaxınlaşdı, performansımı təriflədi və formalarımızı dəyişmək istəyib-istəmədiyimi soruşdu".

Milliləşdirilmiş futbolçu yığmanın bu gün Xorvatiyaya qarşı keçirəcəyi oyunla bağlı da fikirlərini bölüşüb:

"Dövlət himni səslənəndə tüklərim biz-biz oldu. İkinci Bundesliqada oynaya-oynaya nə vaxt İvan Perişiç və Luka Modriçlə oynamaq şansın olur?".

İlkin Sultanlı / Redaktor.az