“Qarabağ”ın futbolçusu turun oyunçusu seçilib

 12:57 09.09.2019     331

Azərbaycan Premyer Liqasında III turun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, “InStat”ın təhlilinə əsasən “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana turun oyunçusu seçilib.

İspan oyunçu “Səbail”ə qarşı görüşdə 90 dəqiqə meydanda olub, 1 qol və məhsuldar ötürmə ilə yadda qalıb. Onun indeksi 362 xala bərabər olub.

Turun rəmzi komandasında da “Qarabağ” üstünlük təşkil edib. Ağdam klubunun 6 üzvü “11-liy”ə düşüb.

Qapıçı: Şahruddin Məhəmmədəliyev - 285 (“Qarabağ”)
Müdafiəçilər: Azər Salahlı - 283 (“Keşlə”), Anton Krivotsyuk - 280 (“Neftçi”), Kiril Petrov – 277 (“Neftçi”), Abbas Hüseynov - 321 (“Qarabağ”)-3
Yarımmüdafiəçilər: Stiven Monroz – 285 (“Neftçi”), Qara Qarayev - 351 (“Qarabağ”), İsmayıl İbrahimli - 312 (“Qarabağ”)-3, Dani Kintana – 362 (“Qarabağ”)
Hücumçular: Mahir Emreli - 327 (“Qarabağ”), Lorenzo Frutos - 282 (“Keşlə”)
 
Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.