Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

 17:27 09.09.2019     292

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib. 

Redaktor.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan milli komandasının bir üzvü rinqə çıxıb. 

Mundialda debüt edən Amin Kuşkov mübarizəyə 1/32 final mərhələsindən başlayıb. Təmsilçimiz türkmənistanlı Nursahat Pazziyevlə qarşılaşıb. Döyüş A. Kuşkovun 4:1 (30:26, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.  

O, növbəti mərhələdə ilk qarşılaşmadan azad olan rusiyalı Qleb Bakşi ilə döyüşəcək. Görüş sentyabrın 14-də baş tutacaq. 

Qeyd edək ki, milli üzvlərindən sabah rinqə çıxan olmayacaq. Yarışın üçüncü günündə isə Tayfur Əliyev (57 kq) Tiaqo Puqno (İsveçrə) ilə qüvvəsini sınayacaq.