Xorvatlar Bakı metrosunda "oyun" çıxardı - VİDEO

 13:15 10.09.2019     321

Dünən Azərbaycan yığmasının Xorvatiya ilə qarşılaşmasından əvvəl Bakı metrosunda maraqlı anlar yaşanıb.

Redaktor.az baku.ws-ə istinadən xəbər verir ki, oyundan öncə stadiona gedən xorvatiyalı azarkeşlər Bakı metrosundan istifadə ediblər.

Azarkeşlər qatarda qələbə mahnıları oxuyublar.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçirilən Azərbaycan-Xorvatiya oyununda qalib müəyyənləşməyib.

Matçın 11-ci dəqiqəsində yığmamızın qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirib.

Oyunun 72-ci dəqiqəsində millimizin üzvü Təmkin Xəlilzadə baxımlı qola imza ataraq hesaba tarazlıq gətirib.