Yığmamızın DÇ-2020-nin seçmə mərhələsində keçirəcəyi oyunların TƏQVİMİ

 16:53 10.09.2019     355

Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2020-nin seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, yığmamız final mərhələsi Litvada təşkil olunacaq mundiala vəsiqə uğrunda mübarizəyə əsas mərhələdən başlayacaq.
 
Joze Alesionun yetirmələri oyunları Bakı İdman Sarayında baş tutacaq mərhələyə Moldova ilə görüşlə start verəcək. Ertəsi Monteneqro ilə qarşılaşacaq yığma son turda Slovakiya ilə üz-üzə gələcək.

23 oktyabr
17:00. Slovakiya – Monteneqro
20:00. Azərbaycan – Moldova
 
24 oktyabr 
17:00. Moldova – Slovakiya
20:00. Azərbaycan – Monteneqro
 
26 oktyabr
17:00. Monteneqro – Moldova
20:00. Slovakiya – Azərbaycan