Kriştianu Ronaldo Robbi Kinin rekordunu YENİLƏDİ

 09:53 11.09.2019     336

Avropa çempionatlarının seçmə mərhələlərinin yeni rekordu qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo qol sayında mütləq rekord vurub.

34 yaşlı hücumçu AVRO-2020-nin Litva ilə seçmə oyununda (5:1) dörd dəfə fərqlənib. Bununla da onun qitə çempionatlarının seçmə mərhələlərindəki qollarının sayı 25-ə çatıb.

Bu göstərici Avropada yeni rekorddur. Portuqaliyalı İrlandiya yığmasında 23 qol vuran Robbi Kinin göstəricisini iki top geridə qoyub.//Apa.az