Mixael Şumaxer özünə gəlib

 13:18 11.09.2019     346

“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer özünə gəlib.

Redaktor.az-ın məlumatına görə, 2013-cü il dekabrın 29-da bədbəxt hadisə ilə üzləşdikdən sonra komada olan almaniyalının huşu geri qayıdıb. 

Bunu sabiq pilotun saxlandığı klinikanın əməkdaşlarından biri açıqlayıb.

Qeyd edək ki, 2013-cü ilin dekabrında M.Şumaxer Meribeldə dağ xizəyi sürərkən yıxılaraq ağır yaralanıb. Nəticədə pilot beyninin hər iki yarımkürəsinin zədələri və qanaxması ilə müşayiət olunan kəllə beyin travması alıb. 2014-cü ilin sentyabr ayından etibarən Şumaxerin Cenevrə gölünün sahilində yerləşən İsveçrədəki villasında səhhətinin bərpa prosesi gedirdi.//Apa.az