Arda Turanla bağlı məhkəmənin qərarı AÇIQLANDI

 13:53 11.09.2019     324

Türkiyə milli komandasının futbolçusu Arda Turanın məhkəməsi olub.

Redaktor.az-ın məlumatına görə, bu gün futbolçuya hökm oxuyan məhkəmə onu 2 il 8 ay 15 gün həbs cəzası verib.

Arda Turan qorxu və panika yaradacaq şəkildə odlu silahdan atəş açmaq, icazəsiz silah gəzdirmək və bilərəkdən adam yaraladığı üçün belə cəzaya məruz qalıb. Bu cinayətlərə görə məhkəmə hökmün elanının təxirə salınmasına qərar verib.

Qeyd edək ki, futbolçu ötən il müğənni Berkayla arasında yaşanan qalmaqala görə məhkəmə önünə çıxarılıb. Müğənni həyat yoldaşı Özləm Şahinlə əyləncə məkanlarından birində olarkən, Arda Turan xanıma yaxınlaşaraq söz atıb və bu, aralarında qalmaqala səbəb olub.//Apa.az