Azərbaycan üçün yeni şans - Konfrans Liqası
UEFA-nın təşkilatçılığı ilə keçiriləcək III avrokubok turnirinin adı bəlli olub.
Redaktor.az-ın məlumatına görə, yeni çempionat "Konfrans Liqası" adlandırılacaq.
Turnirin ilk püşkü 2021/2022 mövsümü ilə başlaya bilər. Bu, Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü ən vacib avrokubok turniri olacaq.
Yarışın formatının Çempionlar Liqasının formatına (32 komanda, 8 qrup) bənzəyəcəyi gözlənilir. Qrup liderləri birbaşa 1/8 finala vəsiqə qazanacaq.
İkinci yeri tutan kollektivlər pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda III olan komanda ilə mübarizə aparacaq.
Qeyd edək ki, turnirin qalibi növbəti mövsüm AL-in qrup mərhələsində çıxış edəcək.
İlkin Sultanlı / Redaktor.az












