"Qarabağ" - "Sevilya" - Biletlər satışa çıxır
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Sevilya" ilə ev oyunu üçün biletlər bu gündən satışa çıxarılacaq.
Redaktor.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi yazıb. Amma biletlərin satış nöqtələri və qiyməti barədə hələlik, məlumat verilməyib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Sevilya” matçı sentyabrın 19-u saat 20:55-də başlayacaq. /qol.az/












