Yay “transfer pəncərəsi”də 8935 futbolçu keçidi gerçəkləşib

 09:23 13.09.2019     373

2019-cu ilin yay “transfer pəncərəsi”nin yekunları açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, iyunun 1-dən sentyabrın 2-dək olan müddətdə 8935 transfer gerçəkləşib.

Bu, 2018-ci ilin yay dövrü ilə müqayisədə 4,8 faiz çoxdur. Oyunçu keçidlərinin ümumi dəyəri 5,79 milyard dollar təşkil edib. Bu rəqəm bir il əvvəlki ilə müqayisədə 9 faiz artıb.

4,38 milyard dollar “Böyük beşlik” ölkələrinin payına düşür. 1,41 milyard isə yerdə qalan çempionatların hesabındadır.

Ümumilikdə qış və yay “pəncərə”lərində 7,31 milyard dollarlıq transfer gerçəkləşib. Bu da bir il əvvəlkindən 4 faiz çoxdur.

“Böyük beşlik” çempionatlarında – İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransada yayda 478 oyunçu gəlib, 536-sı gedib.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən