Avropa Liqasında qanunsuz oynayan kluba görə Superliqa cəzalanıb

 14:26 13.09.2019     368

UEFA İsveçrə Superliqasını cəzalandırıb.

Redaktor.az-ın məlumatına görə, buna “Syon” klubunun 2 öncə avrokuboklarda qanunsuz iştirakı səbəb olub.

İsveçrə Liqaya komandaya qitə miqyaslı turnirlərdə iştirak üçün lisenziya verərkən səhvə yol verib. UEFA da həmin problemi nəzərdən qaçırdığından “Syon” Avropa Liqasında mübarizə aparıb. Bu səhvə görə İsveçrə Liqası 50 min avro cərimələnib.

Qeyd edək ki, lisenziya ilə bağlı problemləri olan “Syon” 2017/18 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində Litva təmsilçisi “Suduva”ya uduzub – 0:3, 1:1.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən