“Barselona”da NÖVBƏTİ İTKİ

 11:08 14.09.2019     371

İspaniyanın “Barselona” klubu itki ilə üzləşib.

Redaktor.az-ın məlumatına görə, Kataloniya təmsilçisi fransalı müdafiəçisi Samuel Umtitinin xidmətindən məhrum olub.

Fransa milli komandasının düşərgəsində məşq zamanı zədələnən arxa xətt oyunçusunun xəsarətinin ciddi olması aşkarlanıb. Sağ ayağı zədələnən futbolçuda çat aşkarlanıb.

25 yaşlı müdafiəçinin müalicə və bərpası 5-6 həftə çəkəcək. S.Umtiti də bir aydan artıq müddətdə komandasına kömək edə bilməyəcək.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən