Dünya çempionu məlum oldu
İspaniya basketbol üzrə dünya çempionatının qalibi olub.
Redaktor.az axar.az-a istinadən bildirir ki, İspaniya millisi finalda Argentinanı 95-75 məğlub edərək, dünya kubokunu qazanıb.
Qeyd edək ki, bu, İspaniya yığmasının ikinci dünya çempionluğudur. İspanlar 2006-cı ildə də mundialda qalib olmuşdular.












