AFFA “Neftçi”nin məşqçisinin cəzasını ikiqat azaldıb

 18:15 16.09.2019     321

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Redaktor.az-ın məlumatına görə, yığıncaqda “Neftçi”nin apelyasiya şikayətinə baxılıb.

Paytaxt təmsilçisinin müraciəti qismən təmin edilib. Premyer Liqanın III turu çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vuran Etibar Tarıverdiyevin cəzası yüngülləşdirilib. AFFA İntizam Komitəsinin verdiyi cəza 20 oyundan 10-a, kluba tətbiq olunan cərimə 16000 manatdan 8000 manata endirilib.