AFFA hakimi təhqir edən futbolçunu cəzalandırıb

 14:00 17.09.2019     284

“Ağsu” klubunun futbolçusu Ceyhun Rəcəbli cəzalandırılıb.

Redaktor.az-ın məlumatına görə, buna oyunçunun I divizionun II turunun “Ağsu” – “Səbail-2” matçında yol verdiyi hərəkət səbəb olub.

Qarşılaşmanın 51-ci dəqiqəsində C.Rəcəbli hakimə qarşı təhqiredici ifadələr işlədib. AFFA-nın İntizam Komitəsi buna görə futbolçuya 4 oyun cəza verib. “Ağsu” onun hərəkətinə üzündən 320 manat cərimə ödəməli olacaq.