Neymar "Qalatasaray"la ilk oyunu buraxacaq

 15:00 17.09.2019     293

İdman Arbitraj Məhkəməsinin (CAS) iclası keçirilib.

Redaktor.az-ın məlumatına görə, İsveçrənin Lozanna şəhərində baş tutan yığıncaqda Fransanın PSJ klubunun futbolçusu Neymarla bağlı məsələyə baxılıb.

UEFA-nın üç oyunluq diskvalifikasiya etdiyi hücumçunun cəzası yüngülləşdirilib. Braziliyalı yalnız iki avrokubok matçını buraxacaq.

Ötən mövsüm PSJ-nin “Mançester Yunayted”ə uduzaraq Çempionlar Liqası ilə vidalaşmasından sonra hakimləri sərt tənqid edən Neymar qrup mərhələsinin ilk iki oyununu buraxacaq. O, “Real” və “Qalatasaray”a qarşı oynamayacaq. Oktyabrın 22-də “Brügge” ilə görüşdə PSJ cənubi amerikalının xidmətindən yararlana biləcək.//Apa.az