"Mançester Siti"də ciddi itki - Əsas müdafiəçi zədələndi

 03:15 18.09.2019     340

“Mançester Siti” ciddi itki ilə üzləşib.

Redaktor.az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, Con Stounz sıradan çıxıb. Səhər məşqində əzələsi dartılan 25 yaşlı müdafiəçinin 4-5 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Qeyd edək ki, 2016-cı ildə “Mançester Siti”də çıxış edən Stounz bu mövsüm “şəhərlilər”in heyətində 3 oyuna çıxıb.